“Heydər Əliyev Mərkəzində aprel ayından başlayaraq nikah mərasimlərinin keçirilməsinə start verilib”. Bunu Modern.az-a müsahibəsində Yardımlı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Abışova deyib. Onun sözlərinə görə, artıq Mərkəzin qeydiyyat şöbəsinə müraciət edən üç cütlüyün nikah mərasimi həyata keçirilib.
Hazırda mərkəzin fəaliyyətinə nəzər yetirən direktor burda müxtəlif dərnəklərin olduğunu bildirib: “Mərkəz muzeydən, ədəbiyyat dərnəyindən, rəsm dərnəyindən, xalq sənətkarlığı dərnəyindən, intellektual oyun otağından və s. ibarətdir”. M. Abışova dərnəklərə adətən məktəblilərin cəlb edildiyini vurğulayıb: “Dərnəklərin fəaliyyətinə yeni başlanılıb və bizim ştat problemimiz var. Ancaq özümüz məktəbliləri cəlb edirik. Məktəblilər gəlirlər onlar arasında rəsm müsabiqələri digər əl işlərinə uyğun müsabiqələr keçirilir”.Direktor mərkəzə həm ekskursiyaya , həm də qonaqların sayında artım müşahidə olunduğunu bildirib.
Qeyd edək ki, mərkəz 2005-ci ildə muzey kimi fəaliyyətə başlayıb. Muzeyin açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib. Əvvəllər uyğunlaşdırılmış binada yerləşən mərkəzin 2013-cü ilin sentyabrın 4-də yeni binasının açılışı olub.
Rüfanə Günəş