Modern.az

İlham Əliyev səfirlərin toplantısında nitq söylədi

İlham Əliyev səfirlərin toplantısında nitq söylədi

7 İyul 2014, 11:51



İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak edib.
Xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək dördüncü müşavirədən keçən müddətdə görülmüş işlərdən danışıb.
Dövlət başçısı müşavirədə nitq söyləyib. Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.
Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.

Modern.az

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza