Modern.az

30-dan çox jurnalist eks-deputat Nazim Məmmədovun müraciətinə qoşulub

30-dan çox jurnalist eks-deputat Nazim Məmmədovun müraciətinə qoşulub

7 İyul 2014, 12:34

“Adlarını etik cəhətdən söyləmək düzgün deyil. Yalnız onu deyə bilərəm ki, siyahıda şəxsən müsahibə verdiyim, imzasını tanıdğım 30-dan çox jurnalist var”. Bunu Modern.az-a açıqlamasında "Loğmed" klinikasının sahibi, keçmiş millət vəkili Nazim Məmmədov bir müddət əvvəl verdiyi məlum qərarın icrası haqqında danışarkən bildirdi.

Eks-deputatın sözlərinə görə, hər bir jurnalist, şair, yazıçı, ictimai sektorda faydalı işlərlə məşğul olan şəxslərə - hansıların ki, maaşı kifayət deyil, yaşayış səviyyəsi aşağıdır - 3 aydan bir pulsuz müayinələr təşkil edilir.

“Eyni zamanda onların xəstəlik tarixçələrini elektronlaşdırmağı da öz öhdəmizə götürmüşük”.

N. Məmmədovun sözlərinə görə, kifayət qədər insan müayinə üçün müraciət edir. “Demək olar ki, hər gün siyahıya yeni adlar əlavə edilir. Şərt o deyil ki, insan xəstələnəndən sonra həkimə getsin. Müraciət edənlər arasında ehtimal edilən xəstəliklərin müayinəsi də həyata keçirilir. Bizdə bir adət var ki, xəstələnəndən sonra həkimə gedirik. Amma vaxtaşırı müayinə həyata keçirilməlidir ki, orqanizmdə olan dəyiyşikliklər müəyyənləşdirilsin. Çünki, xarici ölkələrdə insanlar daha çox xəstələnənə qədər prafilaktik tədbirlər həyata keçirirlər. Bizim də məqsədimiz insanlar arasında hələ xəstəlik baş verməmişdən qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir”.

“Siyahıya alınan insanlar müalicə üçün etibar etdikləri həkimlərə müraciət edirlər. Bu barədə tərəfimizdən məcburiyyət yoxdur. Lakin aralarında imkansız ailələr olduğu zaman dərman pereparatlarının alınmasını da öz öhdəmizə götürmüşük”, - deyə klinika sahibi vurğuladı.

Qeyd edək ki, Nazim Məmmədov bir müddət əvvəl rəhbərlik etdiyi “ Loğmed” klinikasında gənc yaradıcı insanların - şairlərin, yazıçıların, jurnalistlərin, içtimai faydalı işlə məşğul olan (imkansızların, kommersiya fəaliyyəti istisnadır) 3 aydan bir ödənişsiz pulsuz müayinəsi üçün göstəriş vermişdi.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi