Azərbaycan Milli Məclisinin üzvləri Fuad Muradov və Rövşən Rzayev Avropa Geosiyasi Forumunun Berlində keçirilən “Cənubi Qafqaz Dialoqu: Maraqlı tərəflərin ikinci məsləhət mərhələsi” adlı konfransında iştirak etmək üçün Almaniyaya səfərə gedib.
7-9 iyul 2014-cü il tarixində keçirləcək toplantıda “Cənubi Qafqazda nələr ola bilər?”, “Dağlıq Qarabağ kontekstində sülh quruculuğu vasitəsi kimi iqdisadi təşəbbüslərin tətbiqi” mövzusunda müzakirələr aparılacaq.
Avropa Geosiyasi Forumu 2010-cu ilin əvvələrində təsis edilib. Qurumun məqsədi Avropa geosiyasi məkanında qərarların qəbulu üçün vacib olan vəzifələri müəyyənləşdirmək və qiymətləndirməkdir.
Modern.az