Modern.az Mehr agentliyinə (İran) istinadən xəbər verir ki, bu gün Tehrandakı İncəsənət Evində nadir oyuncaq sərgisi açılıb. Sərgidə ahıl bir qadının – 88 yaşlı Bibihazer Ümidvarın əl işləri nümayiş olunur. Onun tikdiyi, habelə toxuduğu oyuncaq və gəlinciklər İncəsənət Evində özünə xeyli sayda tamaşaçı toplayıb.