Modern.az

Eduard Şevardnadze öldü

Eduard Şevardnadze öldü

7 İyul 2014, 13:53


Gürcüstanın sabiq prezidenti, məşhur siyasi xadim Eduard Şevardnadze vəfat edib.

Modern.az saytı xəbər verir ki, Rusiyanın RİA-Novosti agentliyi keçmiş prezidentin ölümü barədə yayılan məlumatı onun ailəsinin də təsdiq etdiyini bildirib.

Gürcüstanın bəzi KİV-lərində xəbəri təkzib ediblər. Lakin təkzib xəbərində etibarlı mənbəyə istinad edilmir. Bir sıra gürcü mənbələri isə məlumatı təsdiqləyiblər.

Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalşıb. 1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi