Modern.az

Putin Şevardnadzenin ölümündən DANIŞDI

Putin Şevardnadzenin ölümündən DANIŞDI

7 İyul 2014, 14:24


Rusiya prezidenti Vladimir Putin Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadzenin ölümündən təəssüflənib. Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə V. Putin Eduard Şevardnadzenin yaxınlarına və doğmalarına başsağlığı verib.  

Qeyd edək ki, bu gün Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze 87 yaşında vəfat edib.  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza