Modern.az

“Qalatasaray”ın yeni baş məşqçisinin köməkçisi qadın olacaq

“Qalatasaray”ın yeni baş məşqçisinin köməkçisi qadın olacaq

7 İyul 2014, 14:41


“Qalatasaray” italiyalı yeni baş məşqçisi Çezare Prandelliyə bu gün qovuşacaq. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni baş məşqçi klubun prezidenti Ünal Aysal 56 yaşındakı baş məşqçini İstanbula gətirmək üçün 12 min dollara xüsusi təyyarə tutub.
5 yardımçısı ilə gələcək Prandellinin heyətindəki bir ad diqqət çəkib. Prandelli “Fiorentina”da birlikdə çalışdığı Silvia Berti adlı qadın köməkçisini də gətirir. Berti heyətdə ünsiyyətdən məsul olacaq. Sabah 2 illik imza atacaq İtalyan məşqçinin ödənişinin isə 3 milyon avro olması gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza