Modern.az

FİFA azərbaycanlı hakimlərə etibar etmir

FİFA azərbaycanlı hakimlərə etibar etmir

7 İyul 2014, 14:58


“Azərbaycanlı FİFA referiləri indiyə kimi  futbol üzrə Dünya Çempionatında iştirak etməyiblər”. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Modern.az-a bildirib ki, Azərbaycan referiləri yalnız UEFA-nın turnirlərində iştirak ediblər.
“Hakimlərimiz hələ ki yalnız UEFA Çempionlar Liqasında və Avroliqada qrup mərhələlərində oyun idarə edib”.

X.Məmmədovun sözlərinə görə, azərbaycanlı FİFA referiləri bu şəxslərdir: Anar Salmanov, Əliyar Ağayev, Rəhim Həsənov. Onların köməkçiləri isə Abbasov Yaşar, Hüseynov Namiq, Zeynayov Zeynal, Məmmədov Rza, Rzayev Vaqif, Həşimov Mübarizdir”.

“Dəqiq olmasa da, bu il umid edirik ki, FİFA referilərimizi əsas mərhələdə iştirakını təmin edəcək”.

Rafiq Qənbərov

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza