Modern.az

Dünyanın 12 ən mənzərəli yolu – FOTOLAR

Dünyanın 12 ən mənzərəli yolu – FOTOLAR

7 İyul 2014, 15:31

 

Yol yalnız nəqliyyat vasitəsilə hər hansı məntəqəyə çatmaq üçün vasitə deyil, o həm də öz mənzərəsi, görünüşü, yolçuların zövqünü oxşayacaq panoraması ilə seçilməlidir. Modern.az dünyanın ən mənzərəli 12 yolunu fotolarla təqdim edir.


1. Çin, Tyanmen şəhərindəki “Big Gate Road” yolu. Sərt döngələri ilə tanınan yol xalq arasında “səmaya qalxan yol” adlanır. Belə ki, dəniz səviyyəsindən 200 metr yüksəklikdə başlayan “Big Gate Road” 1300 metr yüksəkliyə qədər davam edir.


2. Çili, “Los Korales” yolu. Çin və Argentinanı birləşdirən bu yol sürüşkən yamaclar üzərində sərt döngələrdən ibarətdir. Buna görə Los Korales dünyada nəqliyyat vasitəsi üçün ən çətin yollardan sayılır.


3. ABŞ, “Florida-Kis” yolu. Təxminən 10 kilometr uzunluğunda olan asma körpü Floriadadkı kiçik adalara aparan yol sayılır. Florida-Kis yolu mühəndis təxəyyülünün ən uğurlu məhsullarından hesab edilir.


4.Mərakeş, “Dades-Gorges” yolu. Atlas dağları boyunca uzanan yol öz sərtliyi və sürücülər üçün böyük təhlükə törətməsi ilə seçilir.


5. Rumıniya, “Transfeqerşas” yolu. Karpar dağlarında yerləşnə bu şosse Rumıniyanın tarixi Valaxiya və Transilvaniya vilayətlərini birləşdirir. Yolun əsas hissəi Feqerşas dağ massivindən keçdiyi üçün onu Transfeqerşas adlandırırlar.


6. Cənubi Afrika Respublikası, Sani aşırımı. Sani-Pas aşırımı CAR-da 2880 metr yüksəklikdə yerləşən Drakon dağları boyunca keçir. Yolun sonu Lesoto dövlətinin ərazisinə aparır.


7. İtaliya, Stelvio aşırımı. 48 sərt döngədən ibarət olan yol bəzi yerlərdə çox daralır. Yolun 1,5 kilometri “ziqzaq” şəkilndə olsa da son 275 metri enişə keçir və daim sürücünü gərginlikdə saxlayır.


8. Norveç, Atlantik yolu. Xüsusi olaraq turistlər üçün inşa olunmuş yol 8 kilometr boyunca uzanır. Dəniz sahilini seyr erməyə imkan verdiyi üçün Atlantik yolu populyar marşrutlardan hesab olunur.


9. Fransa, Kol de Turini yolu. Alp dağlarının cənub ətəkləri boyunca keçən yol “Monre-Karlo” ralli yarışları zamanı isrifadə olunur.


10. Norveç, “Trol pilləkanı” yolu. Norveçin cənub-şərqindəki Vestlan regionunda yerləşən yol 106 kilometr uzunluğuna malikdir. Dağ zirvələrini seyr etməyə imkan verən “Trol Pikkənakı” yolu 11 sərt döngədən və bəzi yerlərdə 3,3 metrə qədər ensizləşən hissələrdən ibarətdir.


11. Birləşmiş Ərəb Əmirlikləri, Cəbəl-Hadfit yolu. BƏƏ-də ən hündür 2-ci zirvə sayılan Cəbəl-Hadfit dağının zirvəsində yerləşən 12 kilometrlik yol öz yüksək keyfiyyəti ilə seçilir.


12. Çin, Qolian tuneli. “Qolian” tuneli Çinin Xenan vilayətində yerləşir. Dağın içi boyunca yarılan tunel 1 kilometrdən uzundur və əzəmətli mənzərəsi ilə seçilir.  

Vüqar İsmayılov           

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu