Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata əsasən, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində qanunsuz olaraq narkotik vasitənin içəri keçirmənin qarşısı alınıb. Belə ki, müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.2; 126.2.4; 221.2.1; 221.2.2; 221.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Arif Aydın oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş tanışı vətəndaş Zeynəb Arzuman qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, alt paltarında gizlətdiyi, ağ sellofana bükülmüş xalis çəkisi 4,590 qram olan narkotik vasitə “Tiryək” və xalis çəkisi 3,038 qram olan narkotik vasitə “Marixuana” aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Gülşən RAUFQIZI