“Növbəti ildən müəllimlik ixtisasını seçən abituriyentlərə Təhsil Nazirliyi tərəfindən 100 manat təqaüd veriləcək”. Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib. O bildirib ki, nəzərdə tutulan təqaüd 500-dən artıq bal yığan və ixtisas seçimində müəllimlik ixtisasını 1-ci və 2-ci yerdə yazan abituriyentlərə şamil ediləcək.
“Belə bir tədbirin keçirilməsində məqsəd müəllimlik ixtisasına həvəsi artırmaqdır. Hələlik təqaüd verilməsi nəzərdə tutulan tələbələrin sayı 300-dür. Gələcəkdə bu say artacaq”.
Rafiq Qənbərov