“Müəllimlər imtahanlarda Azərbaycan dili və kimyadan zəif nəticə göstəriblər”. Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov jurnlistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, müəllimlərin Sınaq Qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanların nəticələri təhlil edilib və bu nəticə qənaətbəxş hesab olunub: “İmtahanlarda iştirak edən müəllimlərdən 14,4 %-i zəif, 86,16 %-i isə yüksək nəticə göstərib. O bildirib ki, coğrafiya və riyaziyyat fənni üzrə müəllimlər nisbətən yüksək, Azərbaycan dili və kimya fənni üzrə nisbətən zəif nəticə göstəriblər”.
Rafiq Qənbərov