Modern.az

13 yaşlı şagirdin oğlu oldu

13 yaşlı şagirdin oğlu oldu

7 İyul 2014, 18:07

Türkiyənin Altınyayla mahalında 13 yaşındakı E. Ü. qarınağrısı şikayəti ilə aparıldığı xəstəxanada bir oğlan uşağı dünyaya gətirib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Altınyayla mahalında ailəsi ilə yaşayan orta məktəb şagirdi E.Ü. səhər saatlarında qarınağrısı və şiddətli sancı səbəbi ilə anası tərəfindən Gölhisar dövlət xəstəxanasına aparılıb. Təcili yardımla xəstəxanaya gətirilən E.Ü. göbələk yediyini, bu səbəbdən qarnının ağrıdığını söyləyib.
İlk müayinə zamanı qızın hamilə olduğu üzə çıxıb. Dərhal doğum xidmətinə alınan E.Ü. bir oğlan dünyaya gətirib. Prokurorluq hadisə ilə əlaqədar istintaq başladılarkən, E.Ü. mühafizə altına alınıb.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza