Modern.az

Rektor İqtisad Universitetində ixtisas seçimini ləğv etdi

Rektor İqtisad Universitetində ixtisas seçimini ləğv etdi

7 İyul 2014, 18:12



İyulun 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov imtahan sessiyasının yekunu ilə bağlı qrup nümayəndələri, tələbələr və tədris bölmələrinin rəhbərinin iştirakı ilə görüş keçirib.

  Modern.az xəbər verir ki, görüş zamanı imtahan sessiyasının təkmilləşdirilməsi istiqamətində tətbiq edilən dəyişikliklər barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.  

Sonra  tələbələri narahat edən məsələlər dinlənilib. Görüş iştirakçıları rektora daha çox ixtisas seçimi ilə bağlı suallar ünvanlayıblar. Universitet rektoru müraciətləri nəzərə alaraq ADİU-da ixtisas seçiminin ləğv edilməsi qərarını verib.  
Yekun qərara əsasən ADİU-da təhsil alan tələbələr ixtisas seçimi prosesində istədikləri istiqaməti seçə biləcəklər.

Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza