Modern.az

Sabirabadlı deputat “saqqal qalmaqalı”ndan danışdı

Sabirabadlı deputat “saqqal qalmaqalı”ndan danışdı

7 İyul 2014, 18:30

“Sabirabadda tam sakitlikdir. Sadəcə olaraq bir nəfər dini təriqətçi lazımsız təbliğat aparıb”. Bunu Modern.az-a açıqlamasında Sabirabaddan olan deputat Rüstəm Xəlilov deyib.

“Sabirabad əhli İslam dininə sadiq olub. Ona görə də həmin şəxs rayonda əhalini başqa təriqətə cəlb etməyə cəhd etdiyindən əhalinin qəzəbinə tuş gəlib. Baş verənlərlə bağlı rayon əhalisi şikayətlənir. Mənə də bununla bağlı müraciət ediblər”, – deyə R. Xəlilov qeyd edib.

“Sabirabadlılar dindar olsa da, fanatizmə meylli deyil. Ümumən azərbaycanlılar dini məsələlərə, o cümlədən başqa dinlərin nümayəndələrinə hər zaman ehtiramla yanaşıblar”.

Qeyd edək ki, bu günlərdə Sabirabadda vəhhabi təriqətinə mənsub bir nəfərin saqqalının qırxılması geniş rezonans doğurub.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza