Modern.az

Bravo rəsmən “Barcelona”da

Bravo rəsmən “Barcelona”da

7 İyul 2014, 21:21


“Barselona” klubu daha bir transfer reallaşdırıb. Modern.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytından açıqlama verilib. Açıqlamaya görə klub qapıçı Kladio Bravonu  sağlamlıq testindən keçirərək 4 illik müqavilə imzalayıb.

83 dəfə milli formanı geyən 31 yaşlı qapıçı, həm də 2006-cı ildən İspaniyanın “Real Sosidad” klubunda oynayıb.  “Barcelona” klubu qapıçı üçün klubu “Real Sosided”a 12 milyon euro ödəyib.

Qeyd edək ki, bu “Barselona” klubunun bu mövsüm transfer etdiyi ikinci qapıçıdır. Buna kimi Kataloniya klubu Almaniya çempionatında oynayan 22 yaşlı qapıçı Ter Stegeni də rənglərinə bağlamışdı.

Fərrux Həsənli

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza