Bəhreynin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin köməkçisi Tom Malinovskini “persona non qrata” elan edərək "qara siyahı" ya salıb.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb ABŞ Dövlət Departamenti rəsmisinin “Əl-Vıfak” şiə təşkilatının nümayəndələri ilə görüşü olub. Bəhreyn XİN bəyan edib ki, bu ölkənin daxili işlərinə qarışmaqdır.
Qeyd edək ki, “Əl-Vıfak” Bəhreynin aparıcı müxalifət təşkilatlarındandır.Modern.az