Modern.az

Yeni həmsədr Rusiya ilə Qarabağ danışıqlarına başladı

Yeni həmsədr Rusiya ilə Qarabağ danışıqlarına başladı

7 İyul 2014, 23:04

ATƏT-in Minsk Qrupunun Fransadan olan yeni həmsədri Pyer Andri Moskvada səfərdə olub.

Modern.az xəbər verir ki, diplomat Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə  görüş keçirib. Rusiya XİN-in yaydığı məlumata görə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ətarfında olub. Bununla yanaşı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri arasında əməkdaşlığın koordinasiyasının aktual məsələləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

Qeyd edək ki, P. Andrdi Fransanın Moldovadakı səfiri vəzifəsində çalışıb. O, Jak Foru əvəz edir.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza