Modern.az

Müsavatdan Sabirabaddakı hadisələrə ŞƏRH: “Böyük qarşıdurmalar yaratmaq istəyirlər”

Müsavatdan Sabirabaddakı hadisələrə ŞƏRH: “Böyük qarşıdurmalar yaratmaq istəyirlər”

7 İyul 2014, 23:28


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Sabirabadda dini zəmində baş vermiş hadisəyə münasibət  bildirib. Modern.az xəbər verir ki, Müsavat rəsmisi bu haqda özünün facebook hesabında yazıb. Müsavat funksioneri bu cür hadisələrin sonradan təxribata yol açacağına diqqət çəkib:

“Bəzən bir yanğın baş verəndə bunu ilk görənlərin ləngliyi, özünü itirməsi,və ya əl altında bir iki vedrə suyun olmaması bu yanğının o qədər böyüməsi  ilə nəticələnir ki,sonra yanğınsöndürən maşınlarla da söndürmək olmur. Sabirabad bazarında,  Müşfiqabadda baş verən hadisələri yanğının ilk ocağına bənzədirəm. Bu hadisələrdən cəmiyyət daxilində böyük qarşıdurmalar yaratmaq üçün istifadə etmək istəyənlərlər var.

Bu bir oyun, bir zarafat deyil.Burada öyünməyin, əzələ şişirtmənin, hikkənin yeri yoxdur! Ehtiyatlı,ağıllı və tədbirli olub cəmiyəti bu miskin, həm də dağıdıcı qarşıdurmadan sovuşdurmağımız gərəkdir!”.  

Qeyd edək ki, vəhhabilik dini əqidəsinin daşıyıcısı olan Kürdəmir rayon sakini Cavanşir Zərbəliyev Sabirabadda təzyiqlə üzləşib. Buna səbəb kimi onun qeyri-ənənəvi dini təbliğat aparması göstərilib. Rəmzi Zeynalov adlı Sabirabad sakininin onun saqqalından tutaraq fiziki güc tətbiq etdiyini əks etdirən video yayılıb. Daxili İşlər Nazirliyi isə bildirib ki, qanunu pozan hər kəs cəzasını alacaq.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza