FİFA Dünya Çempionatının final matçını idarə etməyə namizəd olan 15 hakimin adını açıqlayıb.
Bu haqda FİFA-nın rəsmi saytı xəbər verib.
Finala namizəd hakimlər arasında 6 avropalı, 3 cənubi amerikalı, Asiyadan, Afrikadan və Mərkəzi Amerikadan hərəyə iki arbitr var.
Dünya Çempionatının final matçını idarə etməyə namizəd olan 15 hakimin adı: Rövşən İrmatov (Özbəkistan), Yuiti Nisimura (Yaponiya), Numande Due (Kot-d'İvuar), Djamel Xaymudi (Əlcəzair), Mark Qeyqer (ABŞ), Marko Antonio Rodriqes Moreno (Meksika), Enrike Roberto Osses Zenkoviç (Çili), Sandra Meyra Rikki (Braziliya), Karlos Alfredo Vera Rodriqes (Ekvador), Cüneyt Çakır (Türkiyə), Yunas Eriksson (İsveç), Pedru Proensa (Portuqal), Nikola Rissoli (İtaliya), Xouard Uebb (İngiltərə), Karlos Velasko Karbalo (İspaniya).
DÇ-2014-ün finalı 13 iyulda Rio-de-Janeyroda "Marakana" stadionunda olacaq. (anspress)