Modern.az

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

8 İyul 2014, 09:56



Madridin “Real” klubunun əfsanəvi oyunçularından biri Alfredo di Stefano dünyasını dəyişib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, onun ölümünə səbəb infarkt keçirtməsi olub.  88 yaşında olan əfsanəvi oyunçu futbolçuluq karyerasına Argentinanın “River Pleyt” klubunda başlayıb. 1953-cü ildə Alfredo  di Stefano “Real” klubuna transfer olub və 11 il formasını geyindiyi klubda 208 qol vurub. Əfsanəvi futbolçu bundan əlavə “Real”ın  forması ilə 8 dəfə ölkə çempionu olub, 1 dəfə İspaniya kubokunu qazanıb, 5 dəfə Avropa Çempion Klublar çempionu və 1 dəfə də Qitələrarası kubok çempionu olub.

Alfredo di Stefano 1957 və 1959-cu illərdə “Qızıl Top” mükafatına da layiq görülüb.

Qeyd edək ki, əfsanəvi oyunçu 40 yaşına qədər professional futbolçu karyerasını davam etdirib.

Fərrux Həsənli
Azərbaycan Universitetinin 2-ci kurs tələbəsi

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza