Modern.az saytı xəbər verir ki, Braziliyada keçirilən və 32 komandanın yarışdığı futbol üzrə Dünya Çempionatının mükafat fondu açıqlanıb. Mundial qalibinin alacağı mükafatın məbləği 35 milyon ABŞ dollarıdır. İkinci yerin sahibi 25 milyon dollar, üçüncü pilləni tutan milli isə 22 milyon dollar qazanacaq. Dördüncü yerdə qərarlaşacaq komanda 20 milyon ABŞ dollarına sahib olacaq.
Bundan əlavə, qrupdan çıxan komandalar – 8 milyon dollar, 1/8 finalçılar – 9 milyon dollar, 1/4 finalçılar – 14 milyon dollar qazanacaq.
Final oyununu idarə edən hakimə qızıl fit veriləcək.
Hər dünya çempionatı turnirinin sonunda oyunçulara və komandalara mükafat verilir.
Mükafatların sayı 6 ədəddir:
Qızıl buts – ən çox qol vuran oyunçuya verilir (ilk dəfə 1930-cu ildə verilib);
Qızıl top – ən yaxşı oyunçuya verilir;
Qızıl əlcək – ən yaxşı qapıçıya verilir (ilk dəfə 1994-cü ildə verilib);
FIFA Centlmenlik Mükafatı - Mundialın ən sabit komandasına verilir (ilk dəfə 1978-ci ildə verilib),
Ən yaxşı gənc oyunçu - 21 yaşının altındakı ən yaxşı oyunçuya verilir (ilk dəfə 2006-cı ildə verilib),
Turnir komandası- turnirdəki ən yaxşı oyunçuların seçilməsi ilə meydana gəlir. 1990-cı ildən bəri davam edir.
Rafiq Qənbərov