Modern.az

FİFA yarımfinal oyununu Cüneyt Çakıra etibar etdi

FİFA yarımfinal oyununu Cüneyt Çakıra etibar etdi

8 İyul 2014, 12:43


FİFA türkiyəli hakim Cüneyt Çakırı Braziliyada keçirilən futbol üzrə  DÇ-2014-ün yarımfinal oyununa baş referi təyin edib.
Modern.az saytı xəbər verir ki, bu barədə FİFA-nın rəsmi veb-səhifəsində bildirilib. Türkiyəli referiyə Argentina - Hollandiya matçı həvalə olunub. Onun köməkçiləri Bahəddin Duran və Tarık Ongun olacaq.

Qeyd edək ki, C.Çakır bunda əvvəl, Əlcəzair - Rusiya və Braziliya - Meksika görüşlərini idarə edib.

Argentina - Hollandiya matçı sabah gecə saat 01:00-da başlayacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza