Modern.az

Redaktor: “Azadlıq”ın Ziya Məmmədovun oğluyla heç bir problemi yoxdur”

Redaktor: “Azadlıq”ın Ziya Məmmədovun oğluyla heç bir problemi yoxdur”

8 İyul 2014, 13:17


Nəqliyyat nazirinin oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetləri ilə çəkişmələri yenidən gündəmə gəlib. Xatırladaq ki, adları çəkilən qəzetlər A.Məmmədovun 2010-cu ildə Qəbələdə ayı əti qonaqlığı verdiyini idda etdikləri üçün, onlara 4 min manatlıq cərimə kəsilmişdi. Məhkəmə qərarının icrası dondurulmuşdu, lakin indi o yenidən icraata yönəldilib.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Modern.az-a bildirib ki, burada səhv anlaşılma olub. Onun sözlərinə görə, “Azadlıq qəzeti” ilə “Yeni Müsavat” arasındakı məsələ bir az fərqli idi.
“O vaxt elan olundu ki, əgər “Azadlıq” qəzeti təkzib və üzrxahlıq etsə, hər şey bitmiş olacaq. Qəzet də təkzib verdi. Bir sözlə, məsələ bitdi. Amma “Yeni Müsavat” təkzib verməmişdi. Onların vəkili deyir ki, qəzetlə Anar Məmmədovun holdinqi arasında anlaşma olub, bu səbəbdən də təkzib verilməyib. Odur ki, “Azadlıq”ın bu məsələ ilə heç bir əlaqəsi yoxdur. “Qarant Holdinq”in vəkili ilə də danışmışam, onlar da mən deyəni deyir”.

Qəzet redaktoru onu da əlavə edib ki, nazir oğlu ilə bağlı məhkəmə qərarı ilə razılaşmasalar da, təkzib verilib.
““Qarant Holding” məktub verdi ki, bizə qarşı heç bir iddiaları qalmadı və maddi təzminatdan imtina etdilər. “Azadlıq” qəzetinə qarşı məhkəmə cəriməsinin icraatı bitdi, amma “Yeni Müsavat”ın məhkəmə cəriməsinin icraatı dayandırılmışdı”.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza