Modern.az

TQDK-dan keçid balları haqqında AÇIQLAMA

TQDK-dan keçid balları haqqında AÇIQLAMA

8 İyul 2014, 13:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ictimaiyyətə müraciət edib. Müraciətdə keçid balları haqqında məlumat verilib:

“TQDK 2005-2013-cü illərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilmiş müsabiqələr nəticəsində ixtisaslar üzrə formalaşmış keçid ballarını Komissiyanın internet saytında yerləşdirib.

Keçid balları abituriyentlərə ixtisas seçimi zamanı düzgün istiqamət götürməyə, həmçinin ali təhsil müəssisələrində tələbə köçürmələri zamanı bu funksiyanı həyata keçirən qurumlara iddia olunan ixtisasların müvafiq ildə keçid balları ilə tanış olmağa kömək edə bilər. Hər tədris ili üzrə keçid balları //tqdk.gov.az/exam/bachelor/minimal-bal/ ünvanında təqdim olunur.

Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas kodunu öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi