“Tehran- Bakı əlaqələri Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərindən sonra yeni fazaya daxil olub. İki ölkə əlaqələri inkişaf halındadır”
Modern.az bildirir ki, bunu Tehran Radiosuna müsahibəsində İranın ölkəmizdə səfiri Möhsün Pakain iki ölkə arasında münasibətləri şərh edərkən bildirib.
Səfir iki ölkənin mədəni, dini və tarixi sahələrdə geniş ortaqlıq olduğunu deyərək bildirib: “İki ölkə əlaqələri hazırkı şəraitdən daha çox inkişaf edə bilər. Bub əlaqələr İran və Azərbaycan rəsmilərinin təşəbbüsü ilə genişlənəcək”.X.SƏFƏRLİ