Dünən saat 10:00-dan etibarən Qaraçuxurda rabitə xidməti iflic olub. Səbəb isə Qaraçuxur bələdiyyəsi qarşısında aparılan qazıntı işləridir.
Bu barədə qəsəbə sakinləri Modern.az-a məlumat verib.
Belə ki, aparılan qazıntı zamanı qəsəbədə fəaliyyət göstərən 27 və 48 nömrəli operatorlar ciddi şəkildə zədələnib, xətlər bir-birinə qarışıb. Vətəndaşlara iyulun 8-i axşam saatlarına qədər problemin aradan qaldırılacağı bildirilsə də, məsələ öz həllini tapmayıb. Telefonlar çalışmadığından sakinlərin internetə çıxışı da bağlanıb.
Qəsəbə bələdiyyəsindən sakinlərə verilən məlumata görə bu gün mütləq şəkildə telefon xətləri bərpa olunacaq.
Gülşən RAUFQIZI