Modern.az

İcra Hakimiyyəti Alı Alıyev haqda yazanları qınadı

İcra Hakimiyyəti Alı Alıyev haqda yazanları qınadı

8 İyul 2014, 15:18

Füzuli rayonu İcra Hakimiyyəti bu gün bəzi KİV-lərdə icra başçısı Alı Alıyevlə rayon sakinləri arasında gərginliyin yarandığı barədə dərc olunmuş xəbərə münasibət bildirib.
İH-nin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada xəbər təkzib olunub.

Bildiririk ki, Füzuli rayon İcra Hakimiyyəti Aparatında başçının qəbul günləri müəyyən olunmuş qrafikə əsasən həftənin 2-ci günləri həyata keçirilir. 
Bundan əlavə, Alı Alıyev günün istənilən vaxtı da vətəndaşları qəbul edir, səyyar qəbullar keçirir, onların problemləri ilə yerindəcə maraqlanır.
Füzuli rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu, onların təklif və müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir. Vətəndaşların qəbulları təkcə onların problemlərinin həllinə deyil, eyni zamanda ölkənin inkişafına təkan verən amillərdən biridir”-deyə açıqlamada qeyd olunur.

O da bildirilir ki, indi Azərbaycanın hər yerində olduğu kimi, Füzulidə də genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır, Horadiz şəhəri sürətlə inkişaf edir, yeni  sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır.

 “Görülən işlərin hamısını kiçik bir yazıda sadalamaq qeyri-mümkündür. Amma, sağlam düşüncəli insan üçün bu yazı da kifayət edir ki, bütün bu işlərin insanlar üçün, vətəndaşların xoş güzəranı üçün edildiyini görsün və anlasın...
...Yazı müəllifləri və onların arxasında duranlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırırlar.
Sonda bir daha bildiririk ki, vətəndaşların qəbulu, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bundan sonra da qətiyyətlə həll olunacaqdır”.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza