Modern.az

QMİ-dən Sərdar Cəlaloğluna çağırış: “Təfsirdə Quran hökmlərindən kənara çıxmasın”

QMİ-dən Sərdar Cəlaloğluna çağırış: “Təfsirdə Quran hökmlərindən kənara çıxmasın”

8 İyul 2014, 16:15


Qafqaz Müsəlmanları İdarəsi ADP sədri Sərdar Cəlaloğlunun Qurana təfsir yazmasına münasibət bildirib. QMİ-nin  mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az-a açıqlamasında deyib ki, Quran ilahi kəlamdır.

“Quranın təfsir və tərcümələri isə insan zehniyyətinin məhsuludur. Bu baxımdan, hər bir insanın, hətta müsəlman olmayan şəxsin belə, Qurandakı fəzilətlərə vaqif olmaq yönündə səy göstərməsi mümkündür. Vacib olan şərt budur ki, Allah kəlamı olan Quranın hökmlərindən kənara çıxılmasın”.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu bir müddət əvvəl kəşf etdiyi condisiologiya elmi əsasında 90 səhifəlik təfsir yazdığını açıqlayıb. 

O, bu təfsir barədə təsisçisi olduğu “Hürriyyət” qəzetində geniş və silsilə yazılar da verir. “Qurani-Kərimin condisioloji təfsiri” başlıqlı yazılarda bildirilir ki, bu kitabdakı mənaların tam açıqlığı ilə eyni dövrdə verilməsi insan idrakını məhv edərdi.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza