“Artıq hər iki istiqamətdə, həm Daşkəsən-Xoşbulaq həm də Daşkəsən-Dəstəvur avtomobil yolunda hərəkət bərpa olunub”. Bunu Modern.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar üzrə komisiyanın sədri Cavanşir Qocayev deyib. Onun sözlərinə görə, sel nəticəsində ən çox zərər yol infrastkurturuna dəyib: “Yollarda təmir-bərpa işləri iki-üç gün ərzində başa çatdırıla bilər. Çünki yollarda hamarlama, sahil bərkitmə işlərinə və.s. ehtiyac var. Lakin hal-hazırda hava tutulub və leysan gözlənilir. Bu da işin göralməsini təxirə sala bilər”.
C. Qocayev qeyd edib ki, artıq elektrik enerjisinin verilməsində problem yaranmış 6 yaşayış məntəqəsindən 4-də problem aradan qaldırılıb. Digərlərində işçi qrupu işləyir və günü sonuna qədər bitməsi planlaşdırılır.
Rüfanə GÜNƏŞ