Modern.az

Baş Prokurorluq Elşad Abdullayevin korrupsiya əməlini açıqladı

Baş Prokurorluq Elşad Abdullayevin korrupsiya əməlini açıqladı

8 İyul 2014, 16:42

“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq fakültələrinə qanunsuz  köçürülmə, ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Bu haqda Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Rəsmi məlumata görə, istintaq zamanı Mahmud Əfəndiyevin Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz yataqlarının istismarı və işlənməsi fakültəsinin dekanı vəzifəsində işləyərkən universitetin rektoru Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul olmayan ayrı-ayrı şəxslərin Mahaçqala şəhərində yerləşən ali təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları və təhsil almaları barədə bilə-bilə yalan məlumatlar daxil etməklə rəsmi sənədlər tərtib edib Təhsil Nazirliyinin razılığı olmadan II kursdan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmələri üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 40 min 500 manat  məbləğində  külli miqdarda rüşvət almasında  şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Elşad Abdullayev və qeyriləri barədə cinayət işi ayrıca icraata ayrılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza