A. Lenk öz facebook- səhifəsində CAR-lı biznesmenlə keçirdiyi istirahət anlarını, bir gecəsi 1700 dollara olan mehmanxanada gecələməsini və həyat yoldaşı, 3 qızı ilə birlikdə safari səyahətlərini təsvir edən fotoları paylaşıb. Güman olunur ki, milyarder İçikoviç Lenkin bütün xərclərini şəxsən ödəyib. Halbuki İsrail Xarici İşlər Nazirliyinin xidməti təlimatları bunu qəti qadağan edir.
Qeyd edək ki, Artur Lenk 2005-2009-cu illərdə İsrailin Azərbaycandakı səfir olub.
Vüqar İsmayılov