Modern.az

Deputat Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO

 Deputat Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO

8 İyul 2014, 17:27


Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun üzvləri Bakıda səfərdə olan Gürcüstan Parlamentinin sədri David Usupaşvili və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva və qrupun üzvləri millət vəkilləri Əhməd Vəliyev, Rasim Musabəyov və Əsabil Qasımov iştirak edib.

Gürcüstan Parlamentinin sədri David Usupaşvili və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva  və dostluq qrupun üzvləri bildiriblər ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu tərkibinə görə Milli Məclisin böyük parlamentlərarası dostluq qruplarından biridir:  “Azərbaycan rəhbərliyi Gürcüstanla münasibətlərə böyük önəm verir. Eyni zamanda, Gürcüstan rəhbərliyinin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd etmək olar. Bu, bizim üçün böyük örnəkdir”. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və dostluq qrupun üzvləri vurğulayıblar ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir.  “İki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi naminə biz parlamentarilər də əməkdaşlığımızı daha da inkişaf etdirməliyik”.

Gürcüstan dost və strateji müttəfiqimiz olmaqla bərabər həm də çoxlu sayda soydaşımızın vətənidir deyən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva və dostluq qrupun üzvləri Gürcüstan Parlamentinin sədri David Usupaşvili və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə bu istiqamətdə də fikir mübadiləsi aparıb. Gürcüstan nümayəndə heyətində iki Azərbaycan kökənli millət vəkilinin təmsil olunmasının məmnuniyyətverici olduğunu deyən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva və qrupun üzvləri Gürcüstanda yaşayan azərbaycanlıları və Azərbaycanda yaşayan gürcülərin dövlətlərimiz arasında münasibətlərin inkişafında çox önəmli rol oynadıqlarını deyiblər. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və dostluq qrupun üzvləri ölkələrimizin  beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərinin Azərbaycanın və Gürcüstanın ərazi bütövülüyü ilə bağlı məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiklərini və bu dəstəyin bütün platformalarda daha da gücləndirilməsinin vacibliyindən danışıblar.

Gürcüstan Parlamentinin sədri D.Usupaşvili deyib: “Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Biz bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsini istəyirik. Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevlə və Azərbaycan Milli Məcslinin sədri Oqtay Əsədovla yüksək səviyyədə görüş və müzakirələrinin olduğunu deyən Gürcüstan Parlamentinin sədri D.Usupaşvili parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da artırılması istiqamətində ikitərəfli səylərin daha da artacağını deyib. Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətlərin inkişafında iki ölkənin  parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirən Gürcüstan Parlamentinin spikeri David Usupaşvili gələcəyə doğru bu fəaliyyətin daha da artacağına inandığını dedi və bir sıra təkliflər ətrafında fikir mübadiləsi aparıldı. Gürcüstan Parlamentinin sədri David Usupaşvili ilə görüşün sonunda ona və heyət üzvlərinə Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun adından Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar və  millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi  Avrasiya Beynəlxalq Araşdıqmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” filmlər kataloqu hədiyyə edildi. Görüşdə  Dağlıq Qarabağ münaqişəsi həqiqətləri, münaqişənin tarixi kökləri, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalism aktları, soyqırımlar barədə sənədli filmlərin öz əksini tapdığı filmlər və kataloq barədə məlumat da verildi.

Gürcüstan Parlamentinin sədri David Usupaşvili də Gürcüstan mədəniyyətini, tarixini özündə əks etdirən kitabları və materialları Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri və  üzvlərinə hədiyyə etdi.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza