Modern.az

Şəmkirdə ər arvadını və özünü güllələyib

Şəmkirdə ər arvadını və özünü güllələyib

8 İyul 2014, 21:06

Şəmkirin Aşağı Seyfəli kəndində dəhşətli qətl hadisəsi törədilib. "Kəpəz" TV-nin yaydığı məlumata görə, Aşağı Seyfəli kənd sakini, 33 yaşlı Seyfəddin Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı 28 yaşlı Bəsti Zeynalovanı güllələyib. Arvadını öldürən ər, daha sonra özünü də güllələyib.
B.Zeynalova aldığı güllə yarasından hadisə yerindəcə ölüb. Arvadını qətlə yetirən S.Qarayev ağır vəziyətdə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılsa da, orada dünyasını dəyişib.

Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza