Sabirabadda vəhabi təriqətinə mənsub bir nəfərin saqqalını zorla qırxan rayon sakini Rəmzi Zeynalov həbs olunub.
Bu barədə "Azadlıq" radiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov məlumat verib.
Onun dediyinə görə, iyulun 7-də Sabirabad rayon məhkəməsi Rəmzi Zeynalovu xuliqanlıqda təqsirli bilib. Hazırda istintaq davam edir və hadisə araşdırılır.
İyulun 4-də Rəmzi Zeynalovun Sabirabad bazarında Kürdəmirdən olan, sələfi təriqətinə mənsub Cavanşir Zərbəliyevin saqqalını zorla qırxmasını əks etdirən video yayılıb. Video etirazla qarşılanıb.
Modern.az