Modern.az

Almaniya Braziliyaya futbol dərsi keçdi - 7:1

Almaniya Braziliyaya futbol dərsi keçdi - 7:1

9 İyul 2014, 02:36

Braziliyada keçirilən futbol üzrə Dünya  Çempionatı-2014-ün ilk yarımfinal oyununda qeydə alınan hesab bütün proqnozları alt-üst etdi.

Modern.az saytının məlumatına görə, finala çıxmaq uğrunda üz-üzə gələn Cənubi Amerika təmsilçisi Braziliya Avropa təmsilçisi Almaniya  qarşısında aciz duruma düşüb.
“Alman maşını” elə 1-ci hissədəcə Braziliyanı “əzib” – 5:0.

İkinci hissədə hesab  almanların xeyrinə bir qədər də artıb – 7:0.


***

Braziliya özündə güc tapıb qollardan birinin əvəzini çıxdı.

Almaniya - Braziliya - 7:1

Oyun başa çatdı. Almaniya finala çıxdı...

İyulun 10-da saat 01.00-da keçiriləcək Argentina -Hollandiya matçından sonra ikinci finalçının da adı bəlli olacaq...

Almaniya - Braziliya - 7:1
Qollar:
Müller, 11 (1:0:), Kloze, 23 (2:0), Kros, 24 (3:0), 26 (4:0), Xedira, 29 (5:0), Şürle, 69 (6:0), 78 (7:0), Oskar, 90 (7:1)




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza