ABŞ Azərbaycana növbəti ABŞ səfiri olaraq
Robert F. Sekutanın namizədliyini irəli sürmək niyyətindədir.
Modern.az xəbər verir ki, iyulun 8-də Ağ Ev elan edib ki, R. Sekuta hazırda Dövlət Departamentində Enerji Resursları Bürosunun Katibinin əsas köməkçisidir. O, büronun şəffaf fəaliyyətinə və enerji qaynaqlarının tapılmasına nəzarət edir. R. Sekuta Berlində (2003-2007) və Tokioda (2007-2009) iqtisadi məsələlər üzrə ABŞ-ın maraqlarını qoruyub. Cənubi Afrika, Albaniya, Avstriya, İraq və Yəməndə ABŞ ticarət nümayəndəsi kimi də fəaliyyət göstərib. Bundan başqa, Dövlət Departamentinin iqtisadi və biznes məsələləri üzrə Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir vəzifəsində çalışıb (1999-2000). ABŞ-ın Əfqanıstandakı səfirliyində iqtisadi məsələlər və inkişaf üzrə Əlaqələndirmə-Koordinasiya direktorunun birinci müavini olub.
Modern.az