Fransanın Le Pen Mirabo şəhərinin meri Mişel Amielin başçılıq etdiyi nümayəndə heyəti Dağlıq Qarabağa səfər edib.
Modern.az-ın məlumatına görə, fransalı mer Xankəndidə qondarma “Dağlıq Qarabağ Respublikası”nın spikeri Aşot Qulyanla görüşüb. Görüşdə Mişel Amiel 2013-cü ilin iyununda Le Pen Merabo və işğal altındakı Xocavənd şəhərləri arasındakı “qardaşlaşma haqqında bəyannaməni”nin imzalandığını xatırladaraq əməkdaşlığın daha da inkişaf etdiriləcəyini bildirib.
Qeyd edək ki. Fransanın cənub sahilində yerləşən və 20 min əhalisi olan Le Pen Merabo şəhəri turizm mərkəzi sayılır.
Vüqar İsmayılov