Modern.az

Azərbaycan kommunistlərindən Ayaz Mütəllibova ƏMƏKDAŞLIQ təklifi: "Bir yerdə ola BİLƏRİK"

Azərbaycan kommunistlərindən Ayaz Mütəllibova ƏMƏKDAŞLIQ təklifi: "Bir yerdə ola BİLƏRİK"

9 İyul 2014, 13:17


“Bizim eks-prezident Ayaz Mütəllibovla heç bir əlaqəmiz yoxdur. Biz onunla heç bir məsələni də müzakirə etmirik”. Bunu Modern.az saytına Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov eks-prezident Ayaz Mütəllibovla rəhbəri olduğu qurumun əməkdaşlıq perspektivləri barədə sualı cavablandırarkən deyib. O bildirib ki, Ayaz Mütəllibovla heç bir şəxsi münasibətləri, əlaqələri yoxdur.

Rauf Qurbanov gələcəkdə Ayaz Mütəllibovla lideri olduğu Kommunist Partiyasının əməkdaşlıq qura biləcəyini istisna etməyib. AKP rəhbəri bunun üçün siyasi şəraitin yetişməsinin vacibliyi üzərində dayanıb:

“Siyasi partiyalar hər hansı siyasi təşkilatlarla ideya müstəvisində, siyasi platformanın uyğun gəldiyi məqamlarda əməkdaşlıq edirlər. Ayaz Mütəllibov müstəqil  Azərbaycanın ilk prezidenti olub. Hazırda eks-prezident kimi mən onun ciddi siyasi mövqeyi, ideyası, mənə məlum deyil.  Bir şeyi bilmədən fikir ortaya qoymaq yanlış olardı. Gələcəkdə Ayaz Mütəllibov siyasətə qayıdarsa, biz də bunu dəyərləndirib əməkdaşlıq məsələlərini müzakirə edərik.  Onun ideyaları, fikirləri bizim xəttimizə  uyğun olarsa, Ayaz Mütəllibovla əməkdaşlığımız istisna deyil”,-deyə R. Qurbanov bildirib.  

Qeyd edək ki, Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyası (SSRİ zamanı) Mərkəzi Komitəsinin sonuncu birinci katibi olub.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza