Modern.az

Minaya düşən azərbaycanlı çoban öldü

Minaya düşən azərbaycanlı çoban öldü

9 İyul 2014, 15:38

Bu səhər minaya düşən Azərbaycanın mülki vətəndaşı dünyasını dəyişib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunda çoban işləyən Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, minaya düşən Mirzə Vəli oğlu Həmzəyev 1964-cü il təvəllüdlüdür. Onun Yevlax rayonundan gəldiyi bildirilir.

O, Ağdama oğlunun yanına gəlibmiş. Mirzə Həmzəyev ərazini yaxşı tanımadığı üçün neytral zonaya keçib və minaya düşüb.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza