(Hekayə)
... Müxtəlif ölkələrdən gələn çoxsaylı iştirakçılar həmişə bu zalda toplaşar, burada sürətli İnternet olduğundan kimisi öz yaxınları ilə ünsiyyətə girir, kimisi poçtunu yoxlayır və ya yazışır, kimisi də kitab-dəftərini də götürüb burada nə isə oxuyacağına ümid edirdi. Hər gün bu hal təkrarlanırdı. Afət də hamı kimi, tez-tez buradan öz doğmalarına, evlərinə, Bakıda qoyub gəldiyi əzizlərinə “salam-sağ ol” edirdi. Şənbə və bazar günləri bu zalda adam az olurdu. Bir qayda olaraq, bu iki gün dərslər olmadığından kimisi şəhərə, kimisi dostugilə, kimisi də - ölkəsi yaxın olanlar - hətta evlərinə gedərdilər.
Belə günlərdən birində, adamların zalda az sayda oturduğu vaxtdan istifadə edərək Afət kitabını götürüb ümumi zala gəldi. Ortadakı böyük dairəvi stolun ətrafında qoyulmuş stullar boş idi. Ancaq bir stulda 22-23 yaşında bir qız oturub qarşısına qoyduğu noutbukunda nə isə axtarırdı. Qulağına qulaqcıq taxmışdı. Afət bu ağbəniz qızı bundan əvvəl görməmişdi. Arıq, qaraqaş, qaragöz, agbəniz bir qız idi. Afət ona ötəri nəzər salaraq keçib qızla üzbəüz əyləşdi və kitabın ona lazım olan səhifəsinin qatını açaraq oxumağa başladı. Kitabını stolun üstünə qoyduğundan başını kitaba tərəf əydiyinə görə, qarşısındakı qıza elə də əhəmiyyət vermirdi. Qız sakitcə nəsə danışırdı. Öncə Afət bunun hansı dil olduğunu elə də kəsdirmədi. Qız ona məlum olmayan hansısa dildə danışırdı. Afət qeyri-ixtiyari qızın tələvvüz etdiyi sözlərə qulaq kəsildi və aydın oldu ki, qız ermənicə danışır. Afət bir anlıq duruxdu. Əslində bu tədbirdə müxtəlif ölkələr sırasında Ermənistandan olan iştirakçıların da olmasını bilirdi, amma bu qızı ilk dəfə görürdü.
Qız isə danışır və getdikcə səsini qaldırırdı. Afət onun dediyi sözləri başa düşməsə də, amma sözlərin həmin dildə olduğundan əmindi. Bu qız erməni idi. Deyəsən nəyə isə əsəbiləşmişdi. Sifəti getdikcə əyilir, ağzını açıb yumduqca boğazının şişən damarları çıxırdı. Nazik dodaqları yaman əsirdi. Təxminən 22-23 yaşı olmasına baxmayaraq nə qədər kinli, nifrətlə dolu biri olduğu sezilirdi. Əsl erməni idi. Nifrət dolu, qəlbiqara, kinli...
...Afətin qulağında qarmaqarışıq səslər və küy yaranmışdı. Sanki öz-özünə danışırdı. “Demək, Xocalıda düz 22 il öncə qanına qəltan edilən körpələr indi bu erməni qızla yaşıd olacaqdılar. Bəlkə də bu qızın babası, əmisi, dayısı, qardaşı həmin vaxt , o gecə silahsız, əliyalın, uşaq, qoca, qadın bilmədən azərbaycanlıları qətlə yetirənlərdən biri olub...” Çingiz Mustafayevin körpə bir qızcığazın donmuş bədənini yerdən götürən azərbaycanlı hərbçiyə səsi boğularaq, boğazı qovuşaraq, fəryadla hayqıraraq dediyi “Üzünü, üzünü qaldır...” kəlmələri qulağında dolaşırdı.
...Afət kitabı qatlayıb yavaşca qalxdı. Özünü çox pis hiss etdi. Bir anlıq qızın üzünə nəzər yetirərək onda yaşına uyğun məsumluq axtardı. Amma iyrəndi. Qıza hiss etdirməmək üçün tez üzünü çevirdi. Çünki tapa bilmədi... Onda ancaq ermənilik sezdi və diksindi.
Elə bu zaman Azərbaycandan tədbirdə iştirak etməyə gələn qrupdakı iki qız zala girdilər və Afətlə görüşdülər. Öz aralarında Azərbaycan dilində hal-əhval tutdular bir-biri ilə. Bayaqdan erməni dilində danışan qız səhərdən onu müşahidə edən Afətə diqqətlə baxaraq özünü o yerə qoymamağa çalışdı. Sakitcə gözünü qarşısındakı nautbuka zillədi. Azərbaycanlı qızlar isə, onun erməni olmasından xəbərsiz idilər. Qızlar sağollaşıb özlərinə yer tutmaq üçün otağa nəzər saldılar. Bu zaman erməni qız asqırdı. Bayaqdan öz dilində danışan qızlar qeyri-ixtiyari bir ağızdan erməni qıza tərəf dönüb elə Azərbaycan dilində də “Sağlam ol!” dedilər. Erməni çaşqınlıqla gülümsədi və riyakarcasına qızlara dili ilə deyil, başı ilə razılığını bildirdi. Bayaqdan dil-dil ötən erməni indi susqun və mehriban idi. Erməniliyini işə salmışdı. Afət isə, öz –özünə danışırmış kimi dodağının altında pıçıldayırdı: “Qorxaq, amma hiyləgər, kinli, amma riyakar, nifrət dolu, amma “mehriban”, yaltaq, amma əzazil...”
Düz 22 il bundan əvvəl kiçicik bir qız uşağının donmuş bədənini yerdən qaldıran hərbçiyə Çingizin dediyi sözlər, onun naləsi isə hələ də qulağında səslənirdi: “ Üzünü qaldır, üzünü...!” Və onun boğunuq səsi fəryad dolu hönkürtüyə keçirdi...