Modern.az

Sərkisyan Azərbaycan silahından DANIŞDI: “Qorxuludur"

Sərkisyan Azərbaycan silahından DANIŞDI: “Qorxuludur"

9 İyul 2014, 17:06


Argentinada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan “La Nacion” nəşrinə müsahibə verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, S. Sərkisyan müsahibəsində bildirib ki, Azərbaycan hərbi texnikanın alınmasına və bu sahədə inkişafa çox pul xərcləyir.

Ermənistan dövlət başçısı Rusiyanın Azərbaycana silah satması barədə danışarkən isə əməlli-başlı narahatlığını dilə gətirib: “Bu bizim üçün çox qorxuludur. Bizim cəmiyyətdə Ermənistanın strateji müttəfiqi Rusiyanın Azərbaycana silah satması ciddi narahatlıq yaradır. Lakin bizim çətin vaxtlarımızda Rusiyanın  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə şübhəm yoxdur”.

Qeyd edək ki, S. Sərkisyan Argentinadan sonra Uruqvay və Çiliyə səfər edəcək.  

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza