Modern.az

Moskvada biznesmeni aldadan azərbaycanlı tutulub

Moskvada biznesmeni aldadan azərbaycanlı tutulub

9 İyul 2014, 17:17

Moskvada biznesinin inkişafı təklifi ilə bir iş adamını aldadaraq 22 milyon rublunu alan şəxs saxlanılıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fırıldaqda təqsirli bilinən 32 yaşlı azərbaycanlı özünü neft-kimya və qaz sənayesi üçün avadanlıq istehsalı üzrə ixtisaslaşmış xarici şirkətlərdən birinin nümayəndəsi kimi təqdim edib. Məlumatda qeyd edilir ki, şübhəli bilinən şəxs öz xidməti vəziyyətindən istifadə edərək Rusiya paytaxtındakı həmin firmanın rəhbərini 22 milyon rubl müqabilində biznesini inkişaf etdirəcəyinə inandırıb. Ancaq pulu alandan sonra üzərinə düşən öhdəliyi yerinə yetirməyərək vəsaiti istədiyi kimi xərcləyib.

Saxlanılan azərbaycanlıya qarşı artıq cinayət işi də açılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza