Modern.az

Nazir şagirdlərin qiymətləndirilməsilə bağlı dəyişiklik etdi

Nazir şagirdlərin qiymətləndirilməsilə bağlı dəyişiklik etdi

9 İyul 2014, 18:33

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda şagirdlərin illik qiymətlərinin hesablanması ilə əlaqədar bəzi dəyişikliklər edib.

Modern.az-ın məlumatına görə, təhsil nazirinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar" təsdiq edilib.
Dəyişiklərə əsasən, şagird dərs ilinin birinci yarımilliyində "dörd", ikinci yarımilliyində "iki" aldıqda onun illik qiyməti "iki" hesablanacaq. Əvvəlcə isə bu qiymət "üç" hesablanırdı.

Bununla yanaşı, şagird dərs ilinin birinci yarımilliyində "beş", ikinci yarımilliyində "iki" aldıqda onun illik qiyməti "iki" hesablanacaq. Əvvəlcə isə bu qiymət "üç" hesablanırdı.

Şagird dərs ilinin birinci yarımilliyində "beş", ikinci yarımilliyində "dörd" aldıqda onun illik qiyməti "beş" hesablanacaq. Əvvəlcə isə bu qiymət "dörd" hesablanırdı.

Əmrə əsasən, "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"da şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanmalıdır:

Misranə Həsənzadə
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza