Modern.az

Daha bir şirkətin dondurmaları keyfiyyətsiz çıxdı

Daha bir şirkətin dondurmaları keyfiyyətsiz çıxdı

5 İyul 2010, 16:59
 İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Saba şirkəti” MMC-də aparılan yoxlama zamanı müəssisədə istehsal edilən "Domino”, “Lunnıye noçi” və “Ekzotik” adlı dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, “Eskimo”, “Maksima”, “Saturn”, “Merkuriy”, “XXI əsr”, “Prestige” adlı və cemli plombir dondurmaların, uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, dondurmaların qablaşdırılmasında istifadə edilən vaflilərin istehsalçısının və yararlılıq müddətlərinin məlum olmadığı aşkar edilib.

Nazirlikdən verilən məlumata görə, bununla əlaqədar, müəssisənin anbarında olan 7,9 ton hazır məhsulun satışının dayandırılması və ticarət şəbəkəsinə göndərilmiş dondurmaların geri yığılması barədə, həmçinin üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilib, uyğunluq və gigiyenik sertifikatları olmayan 2,5 ton bükmə materialından istifadənin dayandırılması barədə “Saba şirkəti” MMC-yə göstəriş verilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Çarli”, “Merkuriy”, “Domino” adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox, “Ekzotik”, “Prestige”, “Millenium” adlı və ağ vanilli və şokoladlı plombir dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformalar), “Meridian”, “Lunnıye noçi”, “Saturn”, “XXI əsr” adlı dondurmaların tərkibində isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformalar) olduğu müəyyən edilib. Bundan başqa “Merkuriy”, “Saturn” və “Prestige” adlı dondurmalarda yağın kütlə payı etiket göstəricisindən az olub.

Eyni zamanda, müəssisənin anbarında olan hazır məhsullardan nümunə götürülərək laborator müayinəyə göndərilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Saba şirkəti” MMC-də istehsal edilən dondurmaları almamağı tövsiyə edir.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI