Modern.az

Lavrov: "Krıma hücum etməyi heç kim ağlından keçirməsin"

Lavrov: "Krıma hücum etməyi heç kim ağlından keçirməsin"

9 İyul 2014, 22:15


"Krıma hücum etməyi heç kim heç vaxt ağlından keçirməsin"

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Krımı geri qaytarmaq istəyənlərə səslənərkən bildirib. Nazir Krımı geri qaytarmaq üçün silahlı hücumlar həyata keçirmək istəyənlərə bu fikirlərindən daşınmağı məsləhət görüb.

“Heç kimə mələhət görmürəm ki, Krıma hücum etsin. Bizim milli təhlükəsizliyimizlə bağlı doktrinamız var. Silahlı hücumlar zamanı konkret hansı addımlar atacağımız doktrinada aydın şəkildə göstərilir”, - deyə Sergey Lavrov bildirib. 

Nazir onu da qeyd edib ki, Rusiya Krımda xarici vətəndaşların və təşkilatların maraqları ila bağlı məsələlərin müzakirəsinə hazırdır.(anspress)  

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza