Bu gecə DÇ-2014-ün digər finalçısının adı məlum olub.
Modern.az-ın məlumatına görə, yarımfinal matçında Argentina və Hollandiya milliləri üz-üzə gəlib.
Oyun Bakı vaxtı ilə saat 01:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi finalda Almaniya millisi ilə qarşılaşacaqdı. Məğlub olan tərəf isə iyulun 12-də üçüncü yer uğrunda Braziliya ilə üz-üzə gələcək.
Görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Pemaltilər seriyasında daha dəqiq olan (4:2) Argentina millisi finala yüksəlib. Beləliklə, finalda Almaniya və Argentina milliləri qarşılaşacaq. Görüş iyulun 13-də keçiriləcək. Qeyd edək ki, bu komandalar 1990-cı ildə keçirilən mundialın finalında da üz-üzə gəliblər və almanlar 1:0 hesablı qələbə ilə dünya çempionu adını qazanıb.
Modern.az