Paytaxtın Xətai rayonunun ərazisində yerləşən “Xətai” parkında yenidənqurma işləri başlayıb. “ Yenidənqurma işlərini Bakı Şəhər İcra Hakimiyyəti aparır”. Bunu Modern.az-a Xətai İH-in memarı Vadim Surxayev deyib. O, qeyd edib ki, yenidənqurma işləri 2-3 ay ərzində başa çatacaq. Parka yeni görkəm verilməklə bərabər, ona fəvvarələr də əlavə ediləcək.
“Əvvəlki fəvvarələr köhnəlmişdi və bu parkın yaraşığını artıracaq. Yenidənqurma işləri başa çatanda Avropa üslublu fəvvarələr insanların zövqünü oxşayacaq”, – deyə V. Surxayev əlavə edib.
Məltəm Talıbzadə