Modern.az

Milli Qəhrəmanın qızı Azərbaycandan getmək istəyir

Milli Qəhrəmanın qızı Azərbaycandan getmək istəyir

10 İyul 2014, 11:47


“İmtahanlardan sonra rektor Əhməd Vəliyevlə görüşə getmədim, düşündüm ki, diplomu alanda görüşərəm”. Bunu Modern.az-a məlumatında  Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurova deyib. Hazırda Azərbaycanda olan A.Aznaurova təhsilini başa vursa da, bundan sonra nə edəcəyi barədə konkret planlara malik deyil.

“Yəqin ki, magistr təhsilimi xaricdə davam etdirəcəyəm, amma yaxın vaxtlara qədər hər hansı xarici ölkəyə getməyi düşünmürəm”.

Xatırladaq ki, "Odlar Yurdu" Universiteti Hüquq fakültəsini son kursda təhsil alan Adolat Aznaurovanın dövlət imtahanına buraxılmaması ölkə KİV-ləri və sosial şəbəkələrdə ciddi müzakirələr yol açmışdı. Qapadılmış Azərbaycan Beynəlxalq Universitetindən "Odlar Yurdu" universitetinə keçirilən Milli Qəhrəman qızı təhsil haqqını (2000 AZN) ödəməmişdi.  

Modern.az saytı iyulun 2-də məsələnin həllinə vasitəçilik etmiş və problem aradan qalxmışdı. Belə ki, Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az-ın rəhbəri Elşad Eyvazlı  təşəbbüslə çıxış edərək, "Odlar Yurdu" Universitetinin rektoru, deputat Əhməd Vəliyevdən Milli Qəhrəman qızının probleminin həllinə yardım göstərməyi xahiş edib. Rektor Əhməd Vəliyev isə təşəbbüsü dəstəkləyərək, A. Aznaurovanı və E. Eyvazlını universitetə dəvət etmiş və məsələ həllini tapmışdı.

Məltəm Talıbzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza